İngiltərədə 2050-ci ilə qədər təxminən 6 milyon bina su altında qala bilər.
Bu barədə Britaniyanın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EA) dekabrın 17-də öz hesabatında məlumat verib.
“İngiltərədə təxminən 6,3 milyon mülk (evlər və bizneslər) bir və ya bir neçə mənbədən daşqın riski altında olan ərazilərdədir”, - agentliyin hesabatında deyilir.
Bildirilir ki, iqlim dəyişikliyi səbəbindən səth sularının daşması riski altında olan binaların ümumi sayı əsrin ortalarına qədər 8 milyona qədər arta bilər.
Mövsüm
Aznews.az