Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır.
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında bildirib.
“Keçən həftə biz 15-ci sanksiya paketimizi qəbul etdik. 16-cı sanksiya paketi artıq hazırlanır”, - deyə Von der Leyen qeyd edib.
Onun çıxışı Avropa Parlamentinin saytında yayımlanıb.
O əlavə edib ki, sanksiyalar Aİ-dən Rusiyaya bir siqnaldır və Avropa ölkələrini assosiasiyaya üzvlük yolunda güclü irəliləyiş əldə etmiş Ukraynanı dəstəkləməyə çağırıb.
Mövsüm
Aznews.az