Məzahir Pənahov: Seçki prosesində qeydə alına biləcək bütün pozuntuları ciddi qiymətləndirəcəyik

18 Dekabr 2024 17:22 (UTC+04:00)

Seçki prosesində qeydə alına biləcək bütün pozuntuları ciddi qiymətləndirəcəyik.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün müvafiq addımlar atılacaq.

Qeyd edək ki, 2025-ci il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.