Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Volodimir Zelenskinin iradından sonra bildirib ki, onun Milad bayramında Rusiya ilə münaqişədə atəşkəs təklifi qüvvədə qalır.
Siyasətçi qeyd edib ki, təxribatlarda iştirak etməkdə maraqlı deyil.
“Biz heç bir təxribata cavab verməyəcəyik. Masada istədiyiniz kimi atəşkəs təklifi var”, - o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Orban bildirib ki, Ukrayna tərəfinin atəşkəsə razı olub-olmaması Ukraynanın məsuliyyətidir.
Mövsüm
Aznews.az