Ölkənin Mai-Ndombe əyalətində təxminən 100 sərnişini olan həddən artıq dolu qayığın batması nəticəsində 2-si uşaq olmaqla 22 nəfər həyatını itirib.
Əyalət qubernatoru Lebon Nkoso Kevani hadisə ilə bağlı istintaq başladıldığını ifadə edərək, "Daha təhlükəsiz, metal materialdan hazırlanmış qayıqlarımız olana qədər qəzalarımız davam edəcək. Mai-Ndombedə qəzaya düşən minlərlə bu taxta qayıqdan var",- deyə qeyd edib.
Qyıqda olan təxminən 30 nəfərin sağ qaldığı, digər sərnişinlərin tapılması üçün axtarışların davam etdiyi bildirilib.
Taxta qayıqların tutumundan artıq istifadə edildiyi və bu səbəbdən qayıq qəzalarının tez-tez baş verdiyi Konqo Demokratik Respublikasında oktyabr ayında 278 sərnişini olan qayığın batması nəticəsində ən az 78 nəfər həyatını itirib.
Mövsüm
Aznews.az