Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər edən Livanın Baş naziri Nəcib Mikatini rəsmi mərasimlə qarşılayıb.
Süvarilər Mikatinin xidməti avtomobilini Prezident Kompleksinin qarşısındakı küçədə qarşılayıb və nəqliyyat vasitəsini protokol qapısına qədər müşayiət ediblər.
Mərasimdə tarixdə qurulan 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də nümayiş etdirilib, 21 top atılıb.
Prezident Ərdoğan və Mikati pilləkənlərdə Türkiyə və Livan bayraqları qarşısında əl sıxaraq mətbuata poza veriblər.
İkitərəfli və heyətlərarası görüşlərə başlayan Ərdoğan və Mikati görüşlərdən sonra birgə mətbuat konfransı keçirəcək. Prezident Ərdoğan Mikatinin şərəfinə rəsmi nahar verəcək.
Mövsüm
Aznews.az