İspaniyada hökumət saxta xəbərlərlə mübarizədə yeni mərhələyə keçib.
İspaniyanın solçu hökuməti saxta xəbərlərlə mübarizədə rəqəmsal platformalar və sosial media təsir edənləri əhatə edən qanun layihəsini açıqlayıb.
Yeni tənzimləmə sayəsində hər bir saxta xəbərlə bağlı ictimaiyyətə açıqlama veriləcək və xəbərə düzəlişlər ediləcək.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, qanun layihəsi bir platformada 100 mindən çox və ya bir neçə platformada ümumilikdə 200 min izləyicisi olan istifadəçiləri əhatə edir.
Bu şəxslər və onlara ev sahibliyi edən platformalar vətəndaşların dezinformasiyaya düzəliş tələb etmələrini asanlaşdıran mexanizm təmin etməli olacaqlar.
Ədliyyə naziri Feliks Bolaños açıqlamasında, “ Biz saxta xəbərlər və dezinformasiya yayanların işini çətinləşdiririk. Bu, demokratiya üçün yaxşı xəbərdir”, - deyərək qanun layihəsinin əhəmiyyətini vurğulayıb.
Mövsüm
Aznews.az