Almaniya 2024-cü ildə silah ixracını artırıb

19 Dekabr 2024 15:59 (UTC+04:00)

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi bu il üçün (dekabrın 17-nə qədər) silah və hərbi texnika satışının təsdiqi ilə bağlı aparıcı hesabatını dərc edib.

Müvafiq olaraq, Almaniya hökuməti bu il xaricə təxminən 13,2 milyard avroluq silah və hərbi texnikanın satışını təsdiqləyib.

Beləliklə, il tamamlanmasa da, Almaniyanın 2024-cü ildə silah və hərbi texnika satışı rekordu qırıb.

Berlin administrasiyasının silah və hərbi texnika satışı üzrə əvvəlki illik rekordu 2023-cü ildə 12,13 milyard avro təşkil edib.

Nazirliyin hesabatına görə, ötən il ən çox hərbi texnika satışının həyata keçirildiyi ölkə Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna olub.

Berlin Kiyevə 8,1 milyard avro dəyərində silah və texnika satışını təsdiqləyib.

Mövsüm

Aznews.az