MN rəsmisi: Ermənistan İkinci Qarabağ müharibəsində mülki əhalini hədəfə alıb

20 Dekabr 2024 11:05 (UTC+04:00)

Ermənistan İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq humanitar hüququ pozub və mülki əhalini hədəfə alıb.

Bunu Müdafiə Nazirliyinin əməkdaşı Səlim Əhmədov Bakıda keçirilən Cenevrə konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistanın Gəncə və Bərdə şəhərlərinə raket hücumu zamanı mülki əhaliyə və obyektlərə ciddi ziyan vurulub:

“Gəncədə Ermənistanın raket hücumu nəticəsində 174 nəfər yaralanıb. Onlardan 61-i kişi, 66-sı qadın və 47-si isə uşaq olub. Bərdəyə hücum nəticəsində isə 19-u kişi, səkkizi qadın, ikisi uşaq olmaqla 29 nəfər həlak olub. Bu hücum zamanı 71-i kişi, 26-sı qadın, 15-i uşaq olmaqla ümumilikdə 112 nəfər ciddi xəsarət alıb. Bunların hamısı faktdır”.