Nazir müavini: Sosial şəbəkələrdə yerləşdirilən kontent tərbiyəvi xarakter daşımır

23 Dekabr 2024 12:03 (UTC+04:00)

Son dövrlərdə müasir texnologiyaların inkişafı nəticəsində sosial şəbəkələrdə yerləşdirilən kontent tərbiyəvi xarakter daşımır. Uşaqlar humanizmə aid olmayan, ziyanlı istiqamətlərə yönəldilirlər.

Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə iki milyona yaxın təhsilalan və təhsilverən var:

"Təhsilin qarşısında çox mühüm vəzifələr durur və biz bu vəzifələri dərk edirik. Dini maarifləndirmədə təhsilin mühüm əhəmiyyəti var. Ölkəmizdə müxtəlif dinlərə hörmət edilir. Təhsil proqramlarında, standartlarında daha çox humanizmə yer verilir. Həyat Bilgisi, Ümumi Tarix fənlərində bu mövzulara yer ayrılır, ali məktəblərdə multikulturalizm mövzusu önəm kəsb edir".