Fiko Moskvaya səfəri ilə əlaqədar vətənə xəyanətdə günahlandırılıb

23 Dekabr 2024 12:46 (UTC+04:00)

Slovakiya müxalifəti ölkənin baş naziri Robert Fikonun Moskvaya səfəri və Rusiya lideri Vladimir Putinlə görüşündən hiddətlənib.

Slovakiya müxalifəti siyasətçini ölkənin maraqlarına xəyanət etməkdə ittiham edir.

Bu barədə Almaniyanın “Tagesspiegel” qəzeti yazır.

“Fikonun Moskvaya səfəri seçiciləri üçün saxta teatr idi. Bununla o, öz ölkəsinə xəyanət edir və bizi addım-addım Avropadan çıxarır”, – nəşr ən böyük müxalif “Tərəqqiçi Slovakiya” partiyasının lideri Mixal Şimeçkidən sitat gətirir.

Mövsüm

Aznews.az