Əsədin həyat yoldaşı boşanmaq üçün məhkəməyə müraciət edib

23 Dekabr 2024 12:50 (UTC+04:00)

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Moskvadakı həyatdan narazı olduğunu bildirib və boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Qeyd olunur ki, siyasətçinin həyat yoldaşı artıq Rusiya məhkəməsinə müraciət edib və Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib. Hazırda onun ərizəsinə Rusiya hakimiyyət orqanları tərəfindən baxılır.

Nəşrin məlumatına görə, Əsma Əsəd Böyük Britaniyadakı vətəninə qayıtmaq niyyətindədir.

Mövsüm

Aznews.az