ABŞ vətəndaşlarını Belarusu tərk etməyə çağırıb

23 Dekabr 2024 12:55 (UTC+04:00)

ABŞ vətəndaşları təcili olaraq Belarusu tərk etməlidirlər.

Müvafiq bəyanatı Amerika Dövlət Departamenti dərc edib.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “ Belarusda olan ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”.

Xüsusilə, Dövlət Departamenti 2022-ci ildən ABŞ-nin Minskdəki səfirliyinin fəaliyyətinin dayandırıldığına aydınlıq gətirib.

Bu baxımdan hipotetik problemli situasiyalar yaranarsa, Amerika tərəfi heç bir şəkildə müdaxilə edə bilməyəcək.

Mövsüm

Aznews.az