31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə işğaldan azad edilən Xankəndi şəhərində bayrama hazırlıq işləri görülür.
34 ildən sonra Xankəndi şəhərində bayram tərtibatı işlərinə xeyli sayda işci qüvvəsi və texnikalar cəlb edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Şəhərin Zəfər meydanında şam ağacı qurulub. Küçələr yeni il atributları ilə bəzədilir. Ağacların üzərində rəngli işıq sistemi və effektlər quraşdırılır.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu il ilk dəfə olaraq dekabr ayının 26-dan yanvarın 4-dək Xankəndi şəhərində qış nağılı yarmarkası keçiriləcək. Dekabrın 28-də isə Xankəndi şəhərində konsert proqramı olacaq.