Panama prezidenti Donald Trampın təhdidinə cavab verib

23 Dekabr 2024 14:53 (UTC+04:00)

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp prezidentlik kürsüsünə keçməyə az qalmış hərəkətləri ilə gündəmdə olmaqda davam edir.

Donald Tramp Panama kanalından keçən ABŞ gəmilərinə “ədalətsiz ödənişlər” tətbiq edildiyini bildirərək, “Ölkəmizə qarşı edilən bu talanlara dərhal son qoyulacaq. Panama kanalının tam şəkildə və sorğu-sualsız bizə qaytarılmasını tələb edəcəyik ”, - deyə qeyd edib.

Panama prezidenti Xose Raul Mulino Trampın Panama kanalının ABŞ-ə qaytarılmasını istəyə biləcəyi ilə bağlı sözlərinə cavab verib.

“KANAL BİZİMDİR VE BELƏ QALACAQ”

Prezident Mulino deyib: "Vətəndaşlarım, bir prezident kimi, birmənalı olaraq bildirmək istəyirəm ki, Panama kanalı və ona bağlı bütün ərazilər, onun hər kvadratmetri Panamadır. Ölkəmizin suverenliyi və müstəqilliyi müzakirə edilə bilməz. Panama Kanalı Panamaya məxsusdur və belə də qalacaq".

Kanalın aydın qaydalar çərçivəsində işlədildiyini vurğulayan Mulino, baxım və idarəetmə proseslərinin təhlükəsiz, davamlı və peşəkar şəkildə həyata keçirildiyini bildirib.

Mövsüm

Aznews.az