Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard 2,255 milyon manat təşkil edib.
AzNews.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.
O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,5 % artaraq 1 milyard 846,47 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,2 % azalaraq 3 milyard 931,702 milyon manat, aksizlər üzrə daxilolmalar 10,2 % azalaraq 184,827 milyon manat, yol vergisi üzrə daxilolmalar isə cüzi azalaraq 39,255 milyon manat olub.