Qrenlandiyanın baş naziri Trampın adanı almaqla bağlı eyhamlarına cavab verib

23 Dekabr 2024 19:03 (UTC+04:00)

Qrenlandiyanın ABŞ-ə satılması qəbuledilməzdir.

Bu barədə Qrenlandiya Milli Şurasının spikeri Mute Egede deyib.

Siyasətçinin "Ritzau" agentliyinin xahişi ilə yazdığı açıq məktubunu "Dagbladet Borsen" qəzeti yayımlayıb.

“Qrenlandiya bizimdir. Biz satılmırıq və heç vaxt da satılmayacağıq”, - Qrenlandiyanın baş naziri ABŞ-nin seçilmiş prezidenti Donald Trampın ABŞ-nin Arktikadakı adaya nəzarət etməsinin mütləq zərurəti barədə sözlərini şərh edərkən vurğulayıb.

Mövsüm

Aznews.az