"Drel əməliyyatı" davam edir: İlhamə Elşadqızı da saxlanıldı

24 Dekabr 2024 12:40 (UTC+04:00)

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tədbirlər görür.

Vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilərin TikTokerlərin iştirakı ilə təşkil etdiyi yarışmalarda baş verənlər canlı yayımlanıb.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri saxlanılıblar.

Polis əməkdaşlarının həyata keçirdiyi "DREL ƏMƏLİYYATI" nəticəsində canlı yayımlarda hamının diqqətini cəlb edən İlhamə Elşadqızı da saxlanılıb.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.