ABŞ ordusu Suriyada hava hücumu həyata keçirib

24 Dekabr 2024 15:10 (UTC+04:00)

ABŞ ordusu Suriya ərazisinə yeni hava zərbəsi endirib.

Deyr əz-Zəvr bölgəsində İŞİD hədəfinə dəqiq hava hücumu təşkil edildiyini açıqlayan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatla bağlı təfərrüatları açıqlayıb.

CENTCOM-dan verilən açıqlamada Suriya rejimi və Rusiyanın daha əvvəl nəzarət etdiyi bölgədə həyata keçirilən hücumda 2 İŞİD terrorçusunun öldürüldüyü, 1-nin isə yaralandığı bildirilib.

Hücum zamanı silahla dolu yük maşınının da məhv edildiyi vurğulanan bəyanatda , “Bu hava hücumu CENTCOM-un regiondakı tərəfdaşları ilə birlikdə terrorçuların ABŞ, onun müttəfiqləri və tərəfdaşlarına qarşı mülki və hərbi hücumları planlaşdırmaq, təşkil etmək və həyata keçirmək qabiliyyətini azaltmaq və pozmaq öhdəliyinin bir hissəsidir”,-deyə qeyd edilib.

Mövsüm

Aznews.az