Prezident İlham Əliyevin nəvələri Mikayıl və Əli Ağalarovlar sosial şəbəkə hesablarında maraqlı paylaşım ediblər.
AzNews.az xəbər verir ki, onlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraklarına görə təltif olunduqlarını bildiriblər.
M.Ağalarov paylaşdığı fotoya “COP29-da könüllü olduğum üçün qürur duyuram”, Ə.Ağalarov isə “COP29-da iştirak gözəl təcrübə idi” şərhini yazıb.
Prezident “Təşəkkürnamə”ləri onlara şəxsən təqdim edib.
Azərbaycan prezident İlham Əliyev qızları- Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanı, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraklarına görə "Təşəkkürnamə" ilə təltif edib.
Leyla Əliyeva bu haqda şəxsi İnstaqram hesabında məlumat verib:
"Şadam ki, COP29-da, bir çoxları kimi, mənim də əməyimə yüksək qiymət verilib".
AzNews.az