Suriyada yeni administrasiya Baas rejimini devirən silahlı qruplarla özlərini dağıtmaq və Müdafiə Nazirliyinin çətiri altında birləşmək üçün razılığa gəlib.
Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, rejimi devirən silahlı qruplar Suriyada yeni administrasiyanın rəhbəri Əhməd Şara ilə görüşüb.
İclasda yeni administrasiya silahlı dəstələrlə “özlərini ləğv edib Müdafiə Nazirliyinin çətiri altında birləşmək”lə razılaşıb.
Noyabrın 27-də “Həyat Təhrir əş-Şam”ın rəhbərliyi ilə rejim qüvvələrinə qarşı başladılan əməliyyatda rejim əleyhinə çoxlu silahlı qruplar iştirak edib.
Mövsüm
Aznews.az