İlham Əliyev gələn il üçün ehtiyac meyarının həddini təsdiqləyib

24 Dekabr 2024 18:03 (UTC+04:00)

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat müəyyənləşib.

Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.

Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.