Özbəkistanda Prezidentin İnformasiya Siyasəti İdarəsinin keçmiş rəhbəri, prezident Şavkat Mirziyoyevin keçmiş mətbuat katibi Komil Allamjonova qarşı sui-qəsd gündəmi silkələyib.
Oktyabrın 26-da yerli vaxtla saat 01.40 radələrində Allamjonov paytaxt Daşkənddən Kibraydan evə qayıdarkən motosikletdə olan iki nəfər onun olduğu avtomobilə bir neçə atəş açıb.
Allamjonov və sürücüsü xəsarət almadan xilas olub. Hakimiyyət orqanları sui-qəsdlə əlaqəsi olan Rusiya vətəndaşları, çeçen əsilli 36 yaşlı Bislan Rasaev və 31 yaşlı Şamil Temrihanovun axtarışına başlayıb.
İddiaya görə, sui-qəsd komandasına 1,5 milyon dollar təklif edilib. Bildirilib ki, iki şübhəli hökumətin tələbi ilə İnterpol tərəfindən axtarışa verilib.
Mövsüm
Aznews.az