Ukrayna dondurulmuş Rusiya aktivlərindən ilk 1 milyard dollar əldə edib

24 Dekabr 2024 19:55 (UTC+04:00)

Ukrayna dondurulmuş Rusiya aktivlərindən ilk vəsaiti alıb.

Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

"Ukrayna ABŞ-dən Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına 1 milyard dollar alıb. Bu, ABŞ-nin G7 təşəbbüsü çərçivəsində Rusiya aktivlərindən ayırmağa hazır olduğu planlaşdırılan 20 milyard dolların ilk tranşıdır", - o, Teleqramda bildirib.

Baş nazir Kiyevin növbəti tranşları nə vaxt əldə edəcəyini açıqlamayıb.

Dekabrın 20-də bildirilib ki, Ukrayna Moskvanın dondurulmuş aktivlərindən vəsait almağa imkan verən müqavilələr imzalayıb. Şmıqal o zaman bildirib ki, dondurulmuş aktivlərin istifadəsi mexanizminə ABŞ-nin gələcək töhfəsi qarşılığında Dünya Bankı tərəfindən 1 milyard dollar geri qaytarılmayan qrant kimi ayrılacaq.

Mövsüm

Aznews.az