Moldova Aİ-dən elektrik enerjisi idxalı üçün kvotanı artırdığını açıqlayıb

24 Dekabr 2024 20:06 (UTC+04:00)

Moldova Avropa İttifaqından (Aİ) elektrik enerjisi idxalı üçün kvotanı artıra biləcək.

Bu barədə “NewsMaker” internet nəşri Moldova Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosana istinadən məlumat yayıb .

Borosanın elektrik enerjisi çatışmazlığını minimuma endirmək mexanizmindən danışdığı bildirilib.

“Aİ-nin dəstəyi, Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Şəbəkəsi və Rumıniya, Ukrayna , Polşa, Slovakiya, Macarıstan, Enerji Birliyinin Katibliyi və Rumıniyadan olan elektrik enerjisi daşıyıcıları operatorlarının dəstəyi sayəsində biz imkanları artırmaq üçün mexanizm tapdıq”, - nəşr Energetika Nazirliyinin dövlət katibinin sözlərindən sitat gətirir.

Mövsüm

Aznews.az