Qazaxıstan Nəqliyyat Nazirliyi: Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub

25 Dekabr 2024 12:06 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarəsində 37 Azərbaycan vətəndaşı olub.

Bu barədə AzNews.az Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına istinadən xəbər verir.

"İlkin məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - nazirliyin məlumatında bildirilib.