Prezident AZAL-a məxsus təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

25 Dekabr 2024 12:51 (UTC+04:00)

Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

Paylaşımda deyilir:

"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".

pic.twitter.com/Zdr0p11Lwz

— İlham Əliyev (@azpresident) December 25, 2024