Bütün versiyalar araşdırılır, istintaq qrupu iş başındadır - Baş Prokurorluq

25 Dekabr 2024 13:59 (UTC+04:00)

“Hazırda Qazaxıstanın prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı şəkildə cinayət işinin istintaqı prosesi davam etdirilir”.

Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib.

O bildirib ki, bütün versiyalar üzrə müvafiq ekspertizalar aparılır: “Baş prokurorun müavinin rəhbərliyi ilə istintaq qrupu artıq iş başındadır”.

AzNews.az