"Aeroflot"dan yardım jesti

25 Dekabr 2024 14:26 (UTC+04:00)

Rusiyanın “Aeroflot” aviaşirkəti Aktauda təyyarəsi qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) həlak olan və xəsarət alan sərnişinlərin qohumlarının daşınmasında yardım göstərməyə hazır olduğunu bildirib.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarədən 32 nəfər sağ çıxıb.

AzNews.az