Qazaxıstanın rəsmi xəbər agentliyi təyyarə qəzasının mümkün səbəbini açıqladı

25 Dekabr 2024 15:55 (UTC+04:00)

Qazaxıstan Respublikasının rəsmi xəbər agentliyi "KazTag" Bakı-Qroznı reysi ilə uçan AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı ilkin versiya açıqlayıb. AzNews.az bildirir ki, agentlik yazır:

"Aviasiya sahəsindəki mənbə "Azərbaycan Hava Yolları" təyyarəsinin qəzasından əvvəl baş verən hadisələrin xronologiyasını təqdim edib. Xronologiyaya əsasən, reys Bakıdan Qroznıya yönəlmişdi. Yolda ehtiyat aerodrom kimi Mahaçqalada eniş imkanına baxılıb. Uçuş zamanı Xəzər dənizi üzərində təyyarəyə quş sürüsü çırpılıb. Bunun ardınca ekipaj Aktauya təcili eniş üçün müraciət edərək mühərrik və idarəetmə sisteminin sıradan çıxdığını bildirib. Aktauya eniş üçün müraciət edilən anda dispetçer xidməti tam hazırlıq rejiminə keçib. Göyərtədə bir problem aşkar olunub. Güman edilir ki, quş mühərrikə daxil olub və bunun nəticəsində mühərrikin fəaliyyəti dayanıb," – deyə aviasiya sahəsindəki mənbə çərşənbə axşamı QazTAG agentliyinə məlumat verib.

AzNews.az