Çin Filippini öz ərazisindən orta mənzilli raketlər buraxa bilən ABŞ-nin “Typhon” sistemini tez bir zamanda çıxarmağa çağırıb.
Bu barədə Çin Xalq Respublikasının (ÇXR) Maniladakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Diplomatik missiyanın bəyanatında deyilir: “Bu regiona orta mənzilli raketlər və qarşıdurma deyil, sülh və firavanlıq lazımdır”.
Çin Filippin hakimiyyətindən “bölgə ölkələrinin və xalqlarının “Typhon” orta mənzilli raket sistemini mümkün qədər tez yığışdırmaq və yanlış yola getməmək çağırışlarına qulaq asmağı” xahiş edib.
Mövsüm
Aznews.az