Prezident Ərdoğan İlham Əliyevə zəng edib

25 Dekabr 2024 18:32 (UTC+04:00)

“Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

67 sərnişin və 5 ekipaj üzvü olan təyyarədən 32 nəfər xilas edilərkən, ölən və yaralananların sayı ilə bağlı rəsmi açıqlama verilməyib.

Prezident Rəcəb Tayyib Ərdoğan qəzadan sonra Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.

Bildirilib ki, prezident Ərdoğan ən azı 30 nəfərin həyatını itirdiyi ehtimal edilən qəzaya görə Əliyevə başsağlığı verib.

Mövsüm

Aznews.az