İranda sosial media ilə bağlı inkişaflar gündəmdə olmaqda davam edir...
Rabitə və İnformasiya Texnologiyaları naziri Səttar Haşimi ölkədə tətbiq edilən sosial media qadağasının mərhələli şəkildə aradan qaldırılması ilə bağlı açıqlama verib.
Mövzu ilə bağlı məlumat İranın rəsmi İRNA agentliyində də yer alıb.
Haşimi bu gün keçirilən Sosial Media Ali Şurasının iclasının çox yaxşı keçdiyini bildirib və "İctimaiyyətin beynəlxalq imkanlara çata bilməsi üçün WhatsApp və Google Play platformalarına qoyulan qadağanın aradan qaldırıldığını" bildirib .
Mövsüm
Aznews.az