Bəşər Əsədin həyat yoldaşına xərçəng diaqnozu qoyulub

25 Dekabr 2024 18:59 (UTC+04:00)

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd qan xərçəngi olan kəskin miyeloid leykemiya xəstəliyinin residivi yaşayır.

Bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat yayıb .

Nəşrin qeyd edib ki, həkimlər onun xəstəliyi sağaltmaq şansını təxminən 50/50 olaraq qiymətləndirirlər.

“Leykemiya geri qayıdanda dəhşətli olur. Son bir neçə həftə ərzində onun vəziyyəti 50/50 olub”, - nəşr bildirib.

Əsmanın ona yoluxucu xəstəliklərin keçməsinin qarşısını almaq üçün ayrıca steril otaqda təcrid olunduğu qeyd edilib.

Mövsüm

Aznews.az