Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı açılacaq

26 Dekabr 2024 11:52 (UTC+04:00)

Azərbaycanın Gürcüstandakı səfirliyi dekabrın 25-də Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL-a məxsus təyyarənin qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar başsağlığı kitabı açır.

Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı dekabrın 26-da saat 13:00-dan 18:00-dək və dekabrın 27-də saat 10:00-13:00 və 15:00-18:00 arası açıq olacaq.

Həmçinin qeyd olunub ki, başsağlığını elektron formada tbilisi@mission.mfa.gov.az ünvanına da göndərmək mümkün olacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.