Suriyada “Həyat Təhrir Dəməşq” çətiri altında birləşən müxaliflər Bəşər Əsəd administrasiyasına qarşı qiyam qaldıraraq dekabrın 8-də Dəməşqə daxil olaraq 61 illik Baas rejimini devirdilər.
İran və Rusiyanın dəstəyi ilə sağ qalan Bəşər Əsəd məğlubiyyətdən sonra Rusiyaya qaçaraq qaçqın düşüb.
Suriyanın müvəqqəti idarəçiliyini üzərinə götürən HTS lideri Əhməd əl-Şara ölkədə yenidən qiyam prosesinə rəsmən başladığını açıqlayıb.
Xalq çevrilişinə görə xarici gücləri məsul tutduqlarını bildirən İran rəhbərliyi Suriyanın yeni hökumətindən Əsəd administrasiyasının borclarını ödəməsini istəyib.
30 milyard dollarlıq təzminat gözlədiklərini açıqlayan İran, "Hökumət dəyişsə belə, İranın Suriya ilə bağlı iddialarından əl çəkməyəcək. Suriyada qurulacaq yeni administrasiya bu borcu İrana ödəmək məcburiyyətində qalacaq",-deyə bildirilib.
Əl-Şaara müvəqqəti hökuməti İranın təzminat tələbi istiqamətində addım atıb.
Livanın “El-Modon” qəzetində dərc olunan xəbərə görə, Suriyanın yeni rəhbərliyi beynəlxalq məhkəmələr vasitəsilə İrandan 300 milyard dollar təzminat tələb etməyə hazırlaşır.
“ƏSƏDƏ DƏSTƏK VERƏNLƏR ÖLKƏNİ MƏHV ETDİ”
Bildirilib ki, təzminat “Suriya xalqına və Suriya dövlətinə Tehranın silahlı birləşmələrlə qurduğu hərbi ittifaq zamanı suriyalılara qarşı cinayətkar və özbaşına siyasətlərin və Suriyanın infrastrukturuna vurduğu ziyanın ödənilməsi məqsədi ilə ödəniləcək".
Yeni hökumət Əsədi dəstəklədiyinə görə İranı qırğında "tərəfdaş" olaraq görür.
Mövsüm
Aznews.az