Birləşmiş Millətlər Təşkilatının internet saytında edilən yazılı açıqlamada, BMT Baş katibi Antonio Quterreşin oktyabrın 16-da təqdim etdiyi 2025-ci il büdcəsinin təsdiq edildiyi, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrə dəstək üçün yeni proqramın qəbul edildiyi bildirilib.
Bildirilib ki, Quterreşin təklifinə əsasən təsdiq edilmiş büdcəyə təxminən 1 milyon dollar əlavə edilib.
“BMT-nin 2025-ci il büdcəsi BMT-nin siyasi məsələlər, beynəlxalq ədalət və hüquq, inkişaf üçün regional əməkdaşlıq, insan hüquqları və humanitar yardım və ictimai məlumat kimi əsas sahələr üzrə proqramlarını maliyyələşdirir” .
BMT-nin sülhməramlı əməliyyatlar üçün ayrıca büdcəyə malik olduğuna diqqət çəkən bəyanatda, Baş Assambleyanın açıq dənizə çıxışı olmayan və inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün eyni sessiyada 10 illik fəaliyyət planı da qəbul etdiyi bildirilib.
BMT-nin 2025-ci il büdcəsində Yaxın Şərqdə, xüsusilə Qəzza və Suriya kimi bölgələrdə humanitar böhranla mübarizə üçün ayrılan resurslara əlavə vəsait daxil edilib.
Oktyabrın 16-da Quterreşin təklif etdiyi təklifin qəbulu ilə Qəzzada baş verən humanitar böhran üçün büdcəyə 3,5 milyon dollarlıq əlavə vəsait ayrılıb.
Mövsüm
Aznews.az