Avstraliyanın Viktoriya əyalətində 8 gündür davam edən meşə yanğını səbəbindən 66 min hektar ərazi külə dönüb.
Avstraliya mətbuatında çıxan xəbərlərə görə, əyalətdəki Qrampians Milli Parkında dekabrın 18-də başlayan yanğın günlərdir davam edir.
İndiyədək Qrampians Milli Parkının üçdə biri, yəni 66 min hektar ərazisi külə çevrilib.
Həddindən artıq isti hava və külək səbəbindən yanğın hələ də nəzarət altına alınmayıb.
Ölkənin müxtəlif ştatlarından 100-dən çox yanğınsöndürən yanğını söndürmək üçün Viktoriyaya yola düşüb.
Səlahiyyətlilər, Grampianların müxtəlif bölgələrində yaşayan vətəndaşlardan dərhal bu əraziləri tərk etmələrini istəyib.
Yanğınlardan təxliyə edilənlər üçün Ararat, Dunkeld, Stavell və Hamiltonda yardım mərkəzləri açılıb.
Mövsüm
Aznews.az