Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına nizami Silahlı Qüvvələrin yaradılmasına kömək edəcək — Müdafiə Nazirliyi

26 Dekabr 2024 19:31 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildiriblər ki, Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına nizami ordunun yaradılmasında köməklik göstərəcək və Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlığı Ərəb Respublikasında və ümumilikdə regionda sülh və sabitliyin təmin edilməsi üçün mühüm fürsət hesab edir.

"Biz vahid ordunun yaradılması çağırışını və Suriyanın yeni hakimiyyət orqanlarının bu istiqamətdə işini dəstəkləyirik. İnanırıq ki, Türkiyə Silahlı Qüvvələri ilə Suriyanın yeni hakimiyyət orqanları arasında hərbi əməkdaşlıq iki ölkənin maraqlarına cavab verəcək və bu bölgəmizdə sülh və sabitliyin təmin edilməsi üçün mühüm fürsətdir”, - deyə qeyd edilib.

Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, “nümunəvi orduya” və güclü müdafiə sənayesi infrastrukturuna malik Türkiyənin təcrübəsi Suriyanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək. Türkiyə Müdafiə Nazirliyi də qonşu ölkənin bütövlüyü və birliyinin təmin edilməsinin zəruriliyini bəyan edib.

"Suriyanın və bölgəmizin gələcəyində bircə dənə də olsa terror qruplaşmasına yer yoxdur", - nazirlik mənbələri bildirib.

Türkiyə qəzeti daha əvvəl yazıb ki, Türkiyə Suriyaya 300 minlik hərbçidən ibarət nizami ordunun yaradılmasında kömək edəcək. Məlumata görə, onun yaradılmasında türkiyəli müşavirlər və mütəxəssislər iştirak edəcək.

Mövsüm

Aznews.az