Avstriya suriyalıları deportasiya edir

27 Dekabr 2024 17:10 (UTC+04:00)

Avstriya suriyalıları deportasiya etməyə hazırlaşır.

Bu bəyanatla ölkənin xarici işlər naziri Gerhard Karner çıxış edib.

“Əcnəbilər və Qaçqınlar üzrə Federal İdarə suriyalılara sığınacaq verilməsi ilə bağlı bütün qərarları dayandırıb və artıq ilk imtina prosedurlarına başlayıb. Biz indi sifarişli deportasiyalar hazırlayırıq. Burada ilk növbədə hüquq pozuntusu törətmiş şəxslərə və inteqrasiya etmək və işləmək istəməyənlərə üstünlük verilir. Bundan əlavə, artıq verilmiş bütün yaşayış hüquqları nəzərdən keçirilir”, - deyə Karner Welt -ə müsahibəsində bildirib .

Nazirin sözlərinə görə, hazırda Avstriyada 100 minə yaxın suriyalı yaşayır.

Mövsüm

Aznews.az