Çində 35 nəfəri öldürən şəxsə edam cəzası verilib

27 Dekabr 2024 19:21 (UTC+04:00)

Çində 35 nəfəri avtomobili ilə öldürən şəxs ölüm cəzası ilə cəzalandırılıb.

Cuhay Ara Xalq Məhkəməsinin çıxardığı qərarda, adı Fan Veyçiu olduğu bildirilən 62 yaşlı müttəhimin “evliliyində problem yaşadığı və həyatından narazı olduğu üçün hücumu həyata keçirdiyi” ifadə edilib.

Qərarda “alçaq motivlərlə və qəddar üsulla törədilən cinayətin öz nəticələrinə görə ağır olduğu və ağır ictimai ziyan vurduğu” bildirilib və təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxarılıb.

Mövsüm

Aznews.az