Dekabrın 23-dən təcrid vəziyyətində olduğu deyilən Ermənistanın Baş naziri Nikol Paşinyan artıq sağalıb.
O, koronavirusla bağlı növbəti testin mənfi çıxdığını bildirib: "Covid testimin cavabı nəhayət qəti şəkildə mənfidir".
Xatırladaq ki, dekabrın 25-də Ermənistanın baş naziri Nikol Paşinyan yalan-gerçək onda aşkarlanan koronavirusa görə MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyini bildirmişdi.
AzNews.az