Almaniyanın hazırkı kansleri Olaf Şolzun yenidən ölkə hökumətinin başçısı olmaq ehtimalı azdır.
Bu barədə Almaniyanın Bild qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Almaniyanın növbəti kansleri kimin - hazırkı hökumət başçısı, Almaniya Sosial Demokrat Partiyasından (SPD) namizəd Olaf Şolz və ya Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merzin olacağı sualı hələ də qalmaqdadır. Qeyd olunur ki, sorğulara görə, Şolz-un şansları “daha az görünür”.
Nəşr aşağıdakı məlumatları təqdim edib: seçicilərin 14-16%-i Şolz-a, 31-33%-i isə Merz-ə səs verməyə hazırdır.
Mövsüm
Aznews.az