Ukrayna prezidenti Volodimir Zelenski Slovakiyanın baş naziri Robert Fikonu Kiyevə qarşı enerji cəbhəsi açmaqda ittiham edib.
Bu barədə Ukrayna lideri Teleqram kanalında məlumat yayıb.
“Görünür, [Rusiya prezidenti Vladimir] Putin Fikoya Slovakiya xalqının maraqları bahasına Ukraynaya qarşı ikinci enerji cəbhəsi açmağı tapşırıb. Yalnız bu, Fiko-nun qışda Ukraynaya təcili elektrik enerjisi tədarükünü kəsməklə hədələməsi demək ola bilər”, - deyə Zelenski bildirib.
Zelenski qaz tədarükü ilə bağlı qonşu ölkələr, Avropa İttifaqı (Aİ) və ABŞ ilə əməkdaşlıq etməyin Slovakiya üçün daha sərfəli olacağına əminliyini ifadə edib . Onun sözlərinə görə, Fiko öz hərəkətləri ilə ümumavropa qaydalarına hörmətsizlik ifadə edir.
Mövsüm
Aznews.az