Almaniya Suriyaya yalnız ölkənin yeni hökumətinin qadınların və azlıqların hüquqlarına hörmət etməsi şərti ilə maliyyə yardımı göstərəcək.
Almaniyanın xarici işlər naziri Annalena Barbok bu barədə "Tagesthemen" -də məlumat verib.
O qeyd edib ki, Suriyaya səfərindən sonra ölkə cəmiyyətindəki parçalanma onu təəccübləndirib. O qorxur ki, Suriyada qadınlar üçün azadlıq yox ola bilər. Ona görə də qadın hüquqları məsələsi həlledicidir, əgər onlar tapdalanırsa, o zaman heç kim azad olmayacaq.
Mövsüm
Aznews.az