Fransa meteorologiya agentliyi "Meteo France" Fransa üçün əhəmiyyətli xəbərdarlıqlar edib.
Açıqlamada, Atlantik okeanı sahillərindən gələn "Floriane" qasırğasının ölkənin şimalındakı Vende əyalətindən başlayaraq paytaxt Paris də daxil olmaqla Ile-de-France bölgəsinə təsir edəcəyi qeyd olunub.
Fırtına səbəbiylə Men-et-Luara, İndre-et-Luara, Sarthe, Luara-et-Cher, Loiret, Eure-et-Luara, Yvelines, Essonne, Val-d'Oise, Sene-Saint-Denis, Val-de - Marne, Hauts-de-Seine, Paris, Seine-et-Marne, Aisne, Marne, Meuse, Ardennes və Loire et Rhone-də narıncı həyəcan siqnalı verilib.
Mövsüm
Aznews.az