Qəzzada ölənlərin sayı artıb

6 Yanvar 2025 19:33 (UTC+04:00)

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 458 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi "3 qırğın"da 48 nəfərin həyatını itirdiyi, 75 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 45 min 854-ə, yaralıların sayı isə 109 min 139-a yüksəlib.

Mövsüm

Aznews.az