Braziliya İndoneziyanı BRİKS-in yeni tamhüquqlu üzvü elan edib

6 Yanvar 2025 20:59 (UTC+04:00)

2025-ci ildə BRİKS qrupuna sədrlik edəcək Braziliya hökuməti İndoneziyanın qrupa qoşulacağını açıqlayıb.

“Braziliya hökuməti bu gün, yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə rəsmi daxil olduğunu elan etdi. Ölkə tam üzv statusu alacaq ”, - Braziliya Nazirlər Kabinetinin saytında deyilir.

Bildirilib ki, blok ölkələri İndoneziyanın üzvlüyün genişləndirilməsi qaydaları, meyarları və prosedurlarına uyğun olaraq konsensus yolu ilə daxil olmasını təsdiqləyib.

Mövsüm

Aznews.az