ABŞ Suriya ilə maliyyə əməliyyatlarını sanksiya altından çıxarıb

6 Yanvar 2025 23:23 (UTC+04:00)

Birləşmiş Ştatlar Suriyanın dövlət qurumları ilə müəyyən maliyyə əməliyyatlarına müvəqqəti icazə verib.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin baş lisenziyasında deyilir.

Sənəd Suriyanın dövlət qurumları ilə 2024-cü il dekabrın 8-dən sonra başlayan əməliyyatlara icazə verir.