Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili siyasi böhrandan çıxış yolu kimi Fransa hakimiyyətini yeni seçkilər keçirməyə çağırıb.
“Mən Fransanın daxili işlərinə qarışmaq fikrində deyiləm. Lakin nəzərə alanda ki, fransızların 61%-i prezident Emmanuel Makronun istefasının tərəfdarıdır, 50%-i isə Milli Assambleyanın buraxılmasını istəyir, yeni seçkilər həmin ölkədə siyasi böhrandan çıxmaq üçün yaxşı həll yolu ola bilər" - Papuaşvili deyib.
AzNews.az